Rusiya qoşunları beş saata Kiyevə çata bilərdi: Palçıq imkan verməyib

Rusiya qoşunları beş saata Kiyevə çata bilərdi: Palçıq imkan verməyib

“Rusiya qoşunları 2022-ci ilin fevralında beş saat ərzində Kiyevə çata bilərdi”.

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun fikrincə, bu, rus tanklarının palçığa düşməsi səbəbindən baş verməyib.

"Rusiya Prezidenti Vladimir Putin  indi yaxşı görünmür. Amma həm də yaxşı görünmək istəyir. Unutmayın ki, hər şey bir həftəyə bitməli idi. Hər yerə səpələnmiş bu ordu tankları ilə palçığa ilişməsəydi, onlar təxminən 5 saata Kiyevdə olardılar", - Tramp deyib.

Müsahibə zamanı ABŞ Prezidenti Rusiya Prezidenti Vladimir Putini sülhə əsas maneə hesab edib-etməməsi sualına da birbaşa cavab verməkdən yayınıb.

Xəzər
“Cebheinfo.az”