Yaponların əksəriyyəti Trampdan narahatdır

ABŞ Prezidenti Donald Trampın ikinci müddətə seçilməsi və onun hərəkətləri yapon xalqının böyük əksəriyyətinin narahatlığına səbəb olur.
Bunu "Kyodo" agentliyinin keçirdiyi sorğunun məlumatları sübut edir.
Belə ki, respondentlərin 81 %-i Trampın yeni prezidentlik müddəti ilə bağlı müsbət gözləntilərdən daha çox narahatlıq keçirir. Onların 42 %-i ilk növbədə tariflərdən və onların azad ticarətə potensial təsirindən narahat olduqlarını bildirib. Respondentlərin daha 41 %-i Amerika liderinin gözlənilməz hərəkətlərindən narahatdır. İştirakçıların yalnız 17 %-i Trampın yenidən prezident seçiləcəyi ilə bağlı müsbət gözləntilərə malikdir – onlardan 57 %-i hesab edir ki, Ağ Evin sakini liderlik keyfiyyətləri nümayiş etdirir, 33 %-i isə ABŞ administrasiyasının rəhbərinin “Çinin hegemonluğuna” müqavimət göstərməyə çalışdığına inanır.
Respondentlərin 53 %-i hesab edir ki, ABŞ-Çin münasibətlərinin korlanmasında Pekin günahkardır, respondentlərin 44 %-i isə buna görə ABŞ-ni günahlandırıb.
"Kyodo" sorğusu martın 4-dən aprelin 14-dək aparılıb, 18 və yuxarı yaşda olan 1 867 nəfəri əhatə edib.
"Cebheinfo.az"