10 il əvvəl bu gün: “Azadlıq”da dəhşətli bina yanğını

10 il əvvəl bu gün Bakı şəhərinin Binəqədi rayanunda Azadlıq pospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında səhər saatlarında (10:30) yanğın baş verib.
"Cebheinfo.az" xatırladır ki, hadisə nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Yanğının başlamasına ilkin versiya kimi binanın üzərinə çəkilmiş poliuretan üzlüklər göstərilib.
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Cinayət məcəlləsinin 3 maddəsi əsas götürülüb. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb. Yanğın zamanı həlak olan şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üzrə işlər aparılıb.
Hadisədən sonra Prezident tərəfindən baş verən yanğın faktı ilə bağlı Dövlət Komissiyası yaradılıb. 20 may tarixində Prezidenti İlham Əliyev hadisə yerini ziyarət edib.
"Cebheinfo.az"