Vəziroğlundan Əli Mirəliyevə cavab: “Nəyə görə demir ki...”

Vəziroğlundan Əli Mirəliyevə cavab: “Nəyə görə demir ki...”

İfaçı Luna Aliyevanın TV-lərin birində oxuduğu mahnı sosial şəbəkədə müzakirələrə səbəb olub.

Belə ki, ifaçının oxuduğu mahnı dinləyicilər arasında birmənalı qarşılanmayıb. İfa dinləyicilərlə yanaşı, sənət adamları tərəfindən də xoş qarşılanmayıb.

Müğənni Əli Mirəliyev “Cebhe.info”-ya açıqlamasında bildirib ki, belə mahnılara hər yerdə rast gəlinir:

“Mən az qala hər gün bayağı mahnılar eşidirəm. Ancaq bayaq eşitdiyim “Çörək yeyəndə de bismillah, yedin qurtardın de ələhəmdüllah” nədir? Belə mahnı olar? Bu üslubda mahnı olmaz. Meyxana üslübunu götürüb bu cür hala salmaq dəhşətdir. bu, mahnı yox, meyxana olub və ilk dəfə Ağasəlim Çildağ tərəfindən ifa edilib”.

Müğənni Əli Mirəliyevin  bu sözlərinə filologiya elmləri üzrə fəlsəfə doktoru, tanınmış jurnalist Anar Vəziroğlu "od püskürüb".

Anar Vəziroğlu “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Əli bəy məsələni çox qabardıb:

“Mən Əli bəyi musiqi aləmində açıq fikirli, sözlərini rahat şəkildə ifadə edə bilən bir sənətçi kimi tanıyıram. Lakin Əli bəy nəyə görə demir ki, xalq artistlərinin çoxu oxuya bilmir. Efirdə nalayiq hərəkətlər edirlər, soyunurlar, tərbiyəsizlik edirlər. Buna nə deyək? Əli bəy, onları efirə dəvət edənləri nəyə görə qınamır? Ya da qınamaq istəmir? Bütün bu məsələrə aydınlıq gətirmək lazımdır. Məncə, məsələyə birtərəfli baxmaq doğru deyil”.

A.Vəziroğlu bildirib ki, ifaçı xanımı qınamır:

“Onun qabında olan odur. Nə deyək? Onu efirə dəvət ediblər Luna Aliyeva da oxuyub. Öz repertuarına uyğun, meyxana janrında olan bir mahnını ifa edib. O mahnıya görə, onu topa tutmaq məncə, doğru deyil. Yaxşı olar efirdə soyunan xalq artistlərini topa tutub tənqid etsinlər”.

Həsən Məmmədov
“Cebhe.info”