Qubada çörək sexində yanğın baş verib

Qubada çörək sexində yanğın baş verib

Quba rayonunun Timiryazev kəndində yanğın baş verib.

APA xəbər verir ki, hadisə çörək sexində qeydə alınıb.

Sexin transformatorunda baş verən nasazlıq yanğına səbəb olub.

Hadisə yerinə FHN-nin DYMX-nin canlı qüvvəsi və texnikası cəlb olunub.

Alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.

"Cebhe.info"