Tokayev Aİİ-də daxili bazar yaratmağı təklif edib

Tokayev Aİİ-də  daxili bazar yaratmağı təklif edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avrasiya İqtisadi İttifaqı (Aİİ) ərazisində maneəsiz vahid daxili bazar yaratmağı təklif edib.

APA “RT”yə istinadən xəbər verir ki, ölkə başçısı bunu Avrasiya İqtisadi İttifaqının sammitində deyib.

“Biz həqiqətən vahid və sistemli fəaliyyət göstərən, maneəsiz daxili bazar yaratmalıyıq. Gizli məhdudiyyətlərin tətbiqi təcrübəsini tamamilə aradan qaldırmaq vacibdir”, - dövlət başçısı qeyd edib.

"Cebhe.info"