Prezident itini də parada apardı: Tribunada dayanıb

Prezident itini də parada apardı: Tribunada dayanıb

Belarus Prezidenti Aleksandr Lukaşenko Qələbə Paradına özü ilə ağ spits cinsli itini də aparıb.

O, Moskvada Qırmızı meydanda 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümü şərəfinə hərbi paradda iştirak edir.

“Cebhe.info” xəbər verir ki, Lukaşenko Qələbə Paradının fəxri qonaqlarından biri olub. Onun iti Umka da onun yanında olub. O, tribunada sahibi ilə bərabər dayanıb. 

 Belarus liderinin nümayəndə heyəti itin əvvəllər paradlarda iştirak etdiyini bildirib.

Mayın 9-da paradda Lukaşenkodan başqa Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistanın prezidenti Şavkat Mirziyoyev, Qvineya-Bisau Respublikasının Prezidenti Sisoku Embalo, Laos lideri Thongloun Sisoulit və Kuba Prezidenti Migel Diaz-Kanel Bermudes da iştirak edib.

Xatırladaq ki, bir gün əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu 2024-cü il Paradında 9 mindən çox insanın, 70-dən çox texnikanın, həmçinin “Rus cəngavərləri” və “Swifts” akrobatika komandalarının iştirak edəcəyini bildirmişdi.

Xəzər
“Cebhe.info”