Ukraynanın 100 saytında birdən - birə Putin peyda olub

Ukraynanın 100 saytında birdən - birə Putin peyda olub

Rusiyalı hakerlər Ukraynanın 100 saytında Prezident Vladimir Putinin iki ölkə xalqlarının qardaşlığı haqqında sitatını, eləcə də 9 May təbrikini yerləşdiriblər.

“Cebhe.info” xəbər verir ki, hakerlərin hədəfi əsasən Ukraynadakı universitet, lisey və digər təhsil müəssisələrinin internet səhifələri olub.

Hakerlər bu gün Ukraynanın təhsil müəssisələrinin saytlarında şagird və tələbələri ümumi bayramımız - Qələbə Günü münasibətilə uğurla təbrik ediblər.

Hakerlər Ukrayna resurslarının işinə mane olmayıblar.

Haker qrupunun bir üzvü deyib ki, söhbət saytların işinə qarışmaqdan getmir, onlar sadəcə olaraq əsas səhifələrdə Putindən bir qədər qısaldılmış sitatla foto kollaj yerləşdiriblər.

“Biz həmişə - mənim mövqeyimi bilirsiniz - Ukrayna xalqını qardaş xalq hesab etmişik. 

Mən hələ də belə düşünürəm. Baş verənlər isə təbii ki, faciədir, bizim ümumi faciəmizdir! Amma bu, bizim siyasətimizin nəticəsi deyil”,-deyən Putinin sitatı saytlarda yerləşdirilib.

“Əziz ukraynalılar, babalarımız faşizmə qarşı çiyin-çiyinə vuruşmuşlar, bu gün bizim ümumi qələbəmiz günüdür, bu gün sizi təbrik edirik! 9 Mayınız mübarək! Qələbə gününüz mübarək!”,-deyə Putin əlavə edib.

Bundan əlavə, rus hakerləri döyüşmək istəməyən Ukrayna hərbçilərinə müraciət ediblər.

Onlar “Volqa” çağırış işarəsi olan 149.200 radiotezliyindən istifadə etməyə çağırılıb. 

Onlar bu radiotezlik vasitəsilə Rusiya Federasiyasının Silahlı Qüvvələri ilə əlaqə saxlayıb, silahlarını yerə qoyaraq Rusiya hərbçilərinə necə təslim olmaq barədə razılığa gələ bilərlər.

Xəzər
“Cebhe.info”