Ağlı azalanların sayı artacaq- ÜST

Ağlı azalanların sayı artacaq- ÜST

Önümüzdəki illərdə demensiyadan  (ağlın azalması) əziyyət çəkən insanların sayı durmadan artacaq. 

“Cebhe.info” CNBC-yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib.

ÜST-ün məlumatına görə, əgər 2023-cü ildə dünyada demensiyadan əziyyət çəkən 55 milyondan çox insan var idisə, 2050-ci ilə qədər bu diaqnozu olan insanların sayı 139 milyona çatacaq.

Təşkilatın hesablamalarına görə, 2050-ci ilə qədər 65 və yuxarı yaşda olan insanların sayı iki dəfə artaraq 2,1 milyarda çatacaq. Yaşlı insanların sayı artdıqca, demensiya ilə yaşayan insanların sayı da artacaq.

Həkimlər qeyd edirlər ki, demensiya sinir hüceyrələrini tədricən məhv edən və beyni zədələyən bir sıra xəstəliklərdən yarana bilər. Bu xəstəlik ölüm hallarının yeddinci səbəbidir. ÜST bildirib ki, hər il dünyada təxminən 10 milyon yeni demans halı qeydə alınır.

“Cebhe.info” xatırladır ki, demensiya (latın dilində dementia - ağılsızlıq)  əsas xarakteristikası əvvəlki vəziyyətlə müqayisədə bir çox koqnitiv (əqli) qabiliyyətin pisləşməsi ilə gedən müxtəlif xəstəliklərin simptomlarından biridir. O, beynin müxtəlif degenerativ və qeyri-degenerativ xəstəlikləri səbəbindən yarana bilər. Termin latınca demens sözündən gəlir və “intellektin azalması” kimi ə tərcümə oluna bilər.Demensiyanın simptomlarının təsviri koqnitiv, emosional və sosial bacarıqların itirilməsini əhatə edir. 

Hər şeydən əvvəl qısamüddətli yaddaşa, düşünmə bacarıqlarına, dil və  bacarıqlara təsir edir, bəzi formalarda şəxsiyyətin dəyişilməsi də baş verir. Demensiyanın ayırıcı əlaməti ömür boyu qazanılan düşünmə bacarıqlarının itirilməsidir. Bu gün bir sıra demensiyaların səbəbləri aydındır, bir çox formalarda isə yaranması haqqında hələ dəqiq məlumatlar yoxdur. Demensiyanın bir sıra formaları geri çevrilə biləndir, bəzi başqa formalarda məhdud dərəcədə terapevtik müdaxilələr mümkündür, lakin bunlar yalnız müəyyən simptomların başlanğıcını təxirə sala bilər. Demensiyanın ən tez-tez rast gəlinən forması Altsheymer xəstəliyidir.

Xəzər
“Cebhe.info”