Paşinyanın mətbuat katibinin adına səhifə açılıb və…

Paşinyanın mətbuat katibinin adına səhifə açılıb və…

“Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat konfransından sonra bəzi siyasi dairələr açıq-aydın öz ənənəvi üslubuna keçib. Onlar saxta səhifələrdən uydurma xəbərlər yayıblar”. 

“Cebhe.info” xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan öz “Facebook” səhifəsində yazıb.

O, xüsusilə qeyd edib:

“Baş nazirin mətbuat katibinin adına açılan “Telegram” kanalının mənimlə heç bir əlaqəsi yoxdur. Bundan əlavə, təqdim olunan materiallar reallıqdan uzaqdır və kiminsə təxəyyülünün bəhrəsidir.

Hörmətli media həmkarları, həqiqətə uyğun olmayan məlumatı dərc etməzdən əvvəl nəzərə alın ki, mətbuat katibi kimi yazılarım yalnız bu sosial platformada yerləşdirilir”.

Xəzər
“Cebhe.info”