Prezident iranlı nazirlə Araz üzərində körpünün tikintisindən DANIŞDI

Azərbaycan Prezidenti İlham Əliyevlə İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi Araz çayı üzərində avtomobil körpüsünün tikintisi layihəsi ilə bağlı fikir mübadiləsi aparıblar.
"Cebheinfo.az" xəbər verir ki, görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi layihəsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
"Cebheinfo.az"