Azərbaycan və Sloveniya XİN başçılarının görüşü keçirilir - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Sloveniyanın xarici işlər naziri Tanya Fayon arasında geniştərkibli görüş keçirilir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan XİN sosial mediada paylaşım edib.
11:57
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla təkbətək görüş keçirilir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
Müzakirələr zamanı əsas diqqət siyasi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri, ticarət və investisiyaların artırılması, çoxtərəfli platformalarda qarşılıqlı dəstək olub.
"Cebheinfo.az"