Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr başa çatıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə məhkəmənin press-relizində məlumat verilib.

Bildirilib ki, aprelin 15-də başlamış ictimai dinləmələr zamanı Azərbaycanı xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistanı isə Ermənistanın Beynəlxalq Hüquqi Məsələlər üzrə nümayəndəsi Yeğişe Kirakosyan təmsil edib.

Bildirilib ki, məhkəmə indi öz müşavirəsinə başlayacaq. Vurğulanıb ki, məhkəmənin ilkin etirazlarla bağlı qərarı daha sonra açıqlanacaq. Qərarın bəyan ediləcəyi iclasın tarixinin daha sonra açıqlanacağı qeyd olunub.

"Cebhe.info"