Elm və təhsil nazirinin müavini Ankaraya səfər edib

Elm və təhsil nazirinin müavini Ankaraya səfər edib

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Ankara şəhərinə səfər edib.

“Cebhe.info” xəbər verir ki, nümayəndə heyəti Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Erkan Kayalar, Türkiyə Respublikası milli təhsil nazirinin müavini Celile Eren Ökten ilə görüş keçirib.

Görüşlər zamanı Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında təhsil sahəsində əməkdaşlığın müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikası Ali Təhsil Şurasının sədri Erol Özvarla görüşüb. Görüşdə Türkiyə–Azərbaycan Universitetinin (TAU) fəaliyyətinin təşkilinə dair zəruri məsələlər müzakirə edilib.

Nigar
“Cebhe.info”