Gürcüstandakı danışıqlarda Azərbaycanı kim təmsil edəcək?

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri müavinlərinin üçtərəfli görüşündə Azərbaycanı nazir müavini Elnur Məmmədov təmsil edəcək.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib.
Görüşdə regional əməkdaşlıq müzakirə ediləcək.
"Cebheinfo.az"