Macarıstandan İrəvana sərt mövqe: Azərbaycan da daxil edilməlidir

Macarıstandan İrəvana sərt mövqe: Azərbaycan da daxil edilməlidir

Macarıstan Avropa İttifaqının Sülh Fondundan Ermənistana yardım göstərilməsi üçün alyansda əvvəllər razılaşdırılmış layihəni blok edir. 

“Cebhe.info”-nun məlumatına görə, “Azadlıq” radiosunun Ermənistan xidməti diplomatik mənbələrə istinadən belə xəbər yayıb. Qeyd edilir ki, Macarıstan dalandan çıxmaq üçün müzakirə masasına qoyulan proqrama Azərbaycanın da daxil edilməsini tələb edir. 

Mənbənin bildirdiyinə görə, aprelin ortalarında Brüsseldə Avropa İttifaqının Sülh Fondundan Ermənistana 10 milyon avro məbləğində yardım göstərilməsinə dair ilkin razılıq əldə olunub. 

Bu vəsait hesabına bir batalyon üçün bir tibb məntəqəsi, habelə müvafiq xidmətlər və obyektlərin də daxil olduğu səhra modul düşərgəsinin yaradılması planlaşdırılırdı:

“Bu dəstəyin məqsədi Ermənistan silahlı qüvvələrinin dayanıqlığını, sabitlik yaratmaq imkanlarını artırmaq və bununla da böhranlar, fövqəladə hallar zamanı mülki insanları daha yaxşı müdafiə etməkdir”,-deyə Macarıstanın qəbuluna qadağa qoyduğu sənəddə qeyd edilir. 

Müşfiq Abdulla 
“Cebhe.info”