ReAL partiyası qurultay keçirdi - 8 nəfərlik komitə

Bir neçə ay öncə təkrar qeydiyyata alınan Respublikaçı Alternativ (ReAL) partiyası qurultay keçirib.
Bu barədə partiyanın sədri İlqar Məmmədov məlumat verib.
O bildirib ki, Respublikaçı Alternativ partiyasının rəhbər orqanı olan Siyasi Komitəsinə 8 üzv, Siyasət Təşəbbüsləri Komissiyasına 6 üzv, Nəzarət Təftiş Komissiyasına isə 3 üzv seçilib.
Siyasi Komitənin tərkibində İlqar Məmmədov, Erkin Qədirli, Natiq Cəfərli, Rəsul Cəfərov, Elçin Əliyev, Zöhrab Əliyev, Toğrul İsgəndərli və Mahmud Məmmədov təmsil olunacaq.
Cebhe.info