Kreml:“Prezidentlərin görüşünə yaxşı hazırlaşmaq lazımdır”

“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş zəruri olsa da, buna yaxşı hazırlaşmaq lazımdır”.
“Cebehinfo.az”-ın məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı belə deyib:
“Bu, Moskva ilə Vaşinqton arasında başlanmış və hazırda davam edən təmasların davamının tələb edir. Lakin hələlik bu məsələ ilə bağlı dəqiq heç nə yoxdur”.
Peskov qeyd edib ki, Moskva belə bir görüşü zəruri hesab edir. O, bunun diqqətlə hazırlanmalı olduğunu vurğulayıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”