Azərbaycan və Belarus baş nazirlərinin təkbətək görüşü keçirilir - YENİLƏNİB

Azərbaycan və Belarus baş nazirlərinin təkbətək görüşü keçirilir - YENİLƏNİB

Bu gün Baş nazir Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Baş naziri Aleksandr Turçin ilə görüşüb.

Nazirlər Kabinetindən verilən xəbərə görə, Əli Əsədov Belarusun Baş naziri vəzifəsinə təyin olunması münasibətilə Aleksandr Turçini təbrik edib, rəhbərlik etdiyi hökumətə uğurlar arzulayıb.

Hökumət başçıları təkbətək söhbət əsnasında Azərbaycan-Belarus iqtisadi-ticarət əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.

***

saat 13.46

Azərbaycan Baş naziri Əli Əsədov və Belarus Baş naziri Aleksandr Turçin arasında təkbətək görüş keçirilib.

Bu barədə APA-nın əməkdaşı xəbər verir.

***

Azərbaycan Baş naziri Əli Əsədov və Belarus Baş naziri Aleksandr Turçin arasında təkbətək görüş keçirilir.

Bu barədə APA-nın əməkdaşı xəbər verir.

"Cebheinfo.az"