BMT-dən açıqlama: 4,8 milyon insan...

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Yəməndə 4,8 milyon insanın köçkün vəziyyətinə düşdüyünü və ailələrin təhlükəsizliyini təmin etmək üçün təcili dəstəyə ehtiyac olduğunu bildirib.
"Cebheinfo.az" xəbər verir ki, UNHCR Yəməndəki vəziyyətlə bağlı “X” səhifəsində bir post paylaşdı. "Yəməndə 4,8 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Çoxları bir neçə dəfə qaçmağa məcbur olub", - məlumatda deyilir.
Təhlükəsiz sığınacaqlara çatmağın qeyri-mümkün olduğuna və evakuasiya riskinin artdığına diqqət çəkən məlumatda yəmənli ailələrin təhlükəsizliyini təmin etmək üçün təcili dəstəyə ehtiyac olduğu vurğulanıb.
Nigar Hacılı
"Cebheinfo.az"