Sabah leysan olacaq

Sabah leysan olacaq

Mayın 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Mayın 5-dən 6-na keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağıntının intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-10° isti olacaq.

"Cebheinfo.az"