Xəstələrə şad xəbər: Bu dərmanlar pulsuz olacaq

Xəstələrə şad xəbər: Bu dərmanlar pulsuz olacaq

İcbari tibbi sığortanın tətbiqindən sonra ölkənin hər yerində əhalinin tibbi xidmətlərə əlçatanlığı artıb.

"Cebheinfo.az" xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

O qeyd edib ki, hazırda ambulator tibbi xidmətlər zamanı istifadə olunan dərman vasitələri, anesteziya və digərləri xidmətlər zərfi çərçivəsində qarşılanır.

"Resept əsasında ürək, sonra tənəffüs yolu xəstəlikləri üzrə dərmanların tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulur", - Zaur Əliyev vurğulayıb.

O bildirib ki, hazırda xidmətlər zərfi çərçivəsində ambulator tibbi xidmətlər zamanı istifadə olunan dərman vasitələrinin, anesteziya xidmətinin və s. İTS tərəfindən qarşılanması üzrə işlər görülür.

"Cebheinfo.az"