Spiker: "Paşinyan son anda Moskva paradına getməyə bilər"

Spiker: "Paşinyan son anda Moskva paradına getməyə bilər"

Ermənistan parlamentinin sədri Alen Simonyan baş nazir Nikol Paşinyanın Moskvaya gözlənilən səfəri haqda danışıb.

Modern.az-ın məlumatına görə, Simonyan jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan İkinci Dünya müharibəsində 300 min nəfər itirib və Moskvadakı Qələbə paradında iştirak etməyə təbii yanaşmaq lazımdır.

Spiker baş nazir Nikol Paşinyanın 9 May paradında iştirak etmək üçün Moskvaya gedib-getməyəcəyi barədə suala belə cavab verib:

“Mən düşünürəm ki, o, iştirak edəcək. Amma mənim bu barədə danışmağım düzgün deyil”.

Simonyan əlavə edib ki, baş nazir “son anda getməmək qərarına gələ bilər”.

Jurnalistlər Paşinyanın COVID ola biləcəyinin mümkünlüyünü soruşublar.

“Ola da bilər. Baxın, çoxları xəstələnib. Məsələn, Hindistan prezidenti", -deyə Simonyan jurnalistlərin ironiyalı atmacısına cavabında deyib.

“Belə böyük tədbirlərdə iştirak həm də həmkarları ilə ünsiyyət qurmaq imkanıdır", - Simonyan əlavə edib.

"Cebheinfo.az"