İranda partlayış olan liman yenə YANIR

İranda partlayış olan  liman yenə YANIR

Aprelin 26-da İranın Bəndər-Abbas şəhərində güclü partlayış baş verən Şəhid Rəcai limanında konteynerlər daşınarkən yenidən yanğın başlayıb, lakin qısa müddətdə söndürülüb.

"Cebheinfo.az" xəbər verir ki, İran Dövlət Televiziyasının məlumatına görə, Hörmüzqan vilayətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında yanğın baş verib.

Konteynerlər daşınarkən  maşınlardan birinin hidravlik nasosunun sıradan çıxmasıyla ətrafa yanacaq dağılması nəticəsində baş verən yanğın qısa zamanda söndürülüb.

Xatırladaq ki, aprelin 26-da günorta saatlarında İranın cənubunda Fars körfəzi sahilində yerləşən Bəndər-Abbasdakı Şəhid Rəcai limanında şiddətli partlayış baş verib. Partlayış nəticəsində onlarla insan həyatını itirib.

İran rəsmiləri təxminən 1200 nəfərin yaralanmasına səbəb olan partlayışın təxribat olduğuna dair hələ heç bir sübut əldə etmədiklərini bildiriblər. Daxili işlər naziri İsgəndər Mumini bildirib ki, partlayış "səhlənkarlıq" nəticəsində baş verib.

Nigar Hacılı 
"Cebheinfo.az"