Pakistan yeni raketi sınaqdan çıxardı

Bazar ertəsi Pakistan 120 km mənzilli “Fəth” seriyasından yer-yer raketinin təlim və döyüş atışını uğurla həyata keçirib.
Yenisabah.az Dawn-a istinadla xəbər verir ki, buraxılışın məqsədi qoşunların döyüş hazırlığını təmin etmək və silahın əsas texniki parametrlərini, o cümlədən raketin təkmil naviqasiya sistemini və onun yüksək dəqiqliyini yoxlamaqdır.
2024-cü ilin may ayında Pakistan Silahlı Qüvvələri 400 km mənzilli və düşmənin raketdən müdafiə sistemlərini yan keçmək qabiliyyətinə malik "Fəth-2" idarə olunan raketinin sınaq buraxılışını da həyata keçirib.
"Cebheinfo.az"