"Google Chrome"da boşluq aşkarlanıb

"Google Chrome" internet brauzerinin "HTML render" mühərrikində "heap buffer overflow boşluğu aşkar olunub.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.
Məlumata görə, boşluq kiberdələduzlara zərərli sayt vasitəsilə ixtiyari kod icra etməyə və sistemi ələ keçirməyə imkan verir.
Boşluq brauzerin HTML emalı zamanı yaranan yaddaş səhvlərindən qaynaqlanır.
İstifadəçilərə və inzibatçılara aşağıdakı versiyalara yeniləmək tövsiyə olunur:
- Windows və MAC: Chrome 136.0.7103.48/49
- Linux: Chrome 136.0.7103.59
- Android: Chrome 136.0.7103.60
- iOS: Chrome 136.0.7103.56
"Cebheinfo.az"