Keniya Prezidentinin başına çəkmə atdılar

Ölkənin qərbindəki Migori qraflığında xalq qarşısında çıxışı zamanı izdihamdan atılan ayaqqabı Keniya Prezidenti Uilyam Rutonun başına dəyib.
“Cebheinfo.az” bu barədə “The Star” qəzetinə istinadən yazır.
Nəşrin məlumatına görə, insident bazar günü günortadan sonra prezident yaşayış xərclərinin azaldılması ilə bağlı çıxış edərkən baş verib. Sosial mediada yayılan görüntülərdə Rutonun ona tərəf atılan çəkməni əli ilə itələdiyi görünür.
Tədbir prezidentin təhlükəsizlik xidməti tərəfindən yarıda kəsilib, lakin polis Keniya dövlət başçısının dayandığı platformanın ətrafını təmizlədikdən sonra davam edib.
“The Star” xəbər verir ki, polis üç nəfəri saxlayıb və dindirir. Eyni zamanda, hadisədə əli ola biləcək digər şəxslərin axtarışı davam etdirilir.
Xəzər
"Cebheinfo.az"