Putin niyə birdən-birə varis haqqında danışmağa başlayıb?

Rusiya Prezidenti Vladimir Putin özü barəsində hazırlanan və çoxdan gözlənilən sənədli filmdə varisi haqqında açıqlama verib.
Ümumiyyətlə, varis mövzusu konspiroloqlar üçün yaxşı mövzudur, amma prezidentin birinci şəxs kimi bu haqda danışması tamam başqa situasiyadır.
“Cebheinfo.az” “Кремлевская табакерка”-ya istinadən xəbər verir ki, mənbə bu barədə danışıb:
"Heç kimə sirr deyil ki, Vladimir Vladimiroviç böyük təsir qrupları üçün bir növ arbitrdir. Hər kəs kimin kimə yaxın olduğunu, kimin kimlə təmasda olduğunu başa düşür. Amma eyni zamanda, tamamilə aydındır ki, bu təsir qrupları davamlı olaraq varis rolu üçün bir növ kastinq aparırlar”.
Başqa bir mənbə qeyd edib ki, Rusiyada kifayət qədər tanınmış soyadlar tez-tez eşidilir-Mişustin, Dyumin, Patruşev. Lakin təkcə onlar deyil, siyahı olduqca böyükdür. "Vladimir Vladimiroviç üçün sabit sistem yaratmaq vacibdir. Lakin eyni zamanda, buna təsir edən iqtisadi amillər var", - Prezident Administrasiyasındakı mənbə bildirib.
Vladimir Putinə yaxın olan nüfuzlu mənbə bu bəyanatın səbəbsiz verilmədiyini irəli sürüb. "Bu, özünü varis kimi görənlər üçün daha çox tələyə bənzəyir. İndi görək satqınlar özlərini necə göstərəcəklər", - deyə mənbə bildirib.
Xəzər
“Cebheinfo.az”