Məşhur menecerə 30 il həbs tələbi

Məşhur menecerə 30 il həbs tələbi

Türkiyədə “Gəzi Parkı” hadisələrinə görə aparılan istintaq çərçivəsində həbs olunan menecer Ayşə Barım barəsində 30 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb olunan ittiham aktı qəbul olunub.

“Cebheinfo.az” xəbər verir ki, Barım 7 iyul tarixində ilk dəfə hakim qarşısına çıxacaq.

İttiham aktında Ayşə Barımın "Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhdə köməklik etmək" maddəsi üzrə 22 il 6 aydan 30 ilədək azadlıqdan məhrum edilməsi tələb olunur.

Əfsanə Rəcəb
“Cebheinfo.az”