TƏBİB-in tanınmış əməkdaşı vəfat etdi - FOTO

TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin aparıcı məsləhətçisi, uzun illər səhiyyə sahəsinin inkişafına töhfə verən Cavanşir Fərəcov vəfat edib.
“Cebheinfo.az” xəbər verir ki, məlumatı TƏBİB yayıb:
“Həmkarımızın vəfatı hər birimizi dərindən kədərləndirdi. TƏBİB heyəti adından mərhumun ailəsinə və yaxınlarına səbr diləyir, dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin, məkanı cənnət olsun!”
Xəzər
“Cebheinfo.az”