"Qadın ayaqqabısı geyinməmişəm ki..." - Zabit Nəbizadə o fotodan DANIŞDI

Xalq artisti Zabit Nəbizadənin sosial şəbəkələrdə taykeş ayaqqabı ilə yayılan fotosu müzakirələrə səbəb olub.
"Cebheinfo.az" xəbər verir ki, Redaktor.az həmin foto ilə bağlı xanəndənin özü ilə əlaqə saxlayıb.
Zabit Nəbizadə həqiqətən də taykeş ayaqqabı geyindiyini təsdiqlədi:
"Taykeş geyinəndə nə olar ki, evdən tələsik çıxmışam, qarderobun işığını yandırmadan geyinmişəm. Bunu işıqlandıranın ya başı xarabdır, ya da psixoloji problemi var. Axı ayaqqabısız çıxmamışam evdən! Səhər tələsik işə çağırıldım və çıxarkən xəbərim olmayıb. Şəkil çəkdirəndən sonra yoldaşlar dedi ki, ayaqqabını səhv geyinmisən. Əvvəlcədən bilsəydim, heç qoymazdım o şəkil yayılsın. Mən bu mövzularda rahatam, amma bunu xəbər etməyin heç bir mənası yoxdur. Gedib sənətkarın ifasından, tələbə yetişdirməyindən danışın. Canlı oxuyanda səhv etsəm, onu işıqlandırın. Ayaqqabını səhv geyinmişəm, bəs nə olub? Qadın ayaqqabısı geyinməmişəm ki, öz ayaqqabımdır da! Bu xəbəri yayan adam getsin, xalqa yaxşı informasiya versin. Xalq artisti robot deyil ki, insanam da! Bunu işıqlandırmağın nə mənası var ki?".
Xalq artisti qeyd etdi ki, heç vaxt bilərəkdən taykeş ayaqqabı geyinməz.
"Ömrüm boyu belə bir şeyi bilərək etmərəm. Mən şou insanı deyiləm ki, bir ayaqqabını qara, birini qırmızı geyinim. Sadəcə, tərs təsadüf olub, evdən tələsik və düşüncəli çıxmışam, bir hadisədir baş verib. Paylaşanı tənqid edirəm. Sosial şəbəkələrdə də paylaşılıb və rəylərdə hər kəs deyib ki, ola bilər. Hamı mənim tərəfimdədir. Bu hadisə əla oldu, çünki düşmənlərimin çox olduğu bir daha göründü. Ayağıma baxırlar, niyə baxırsan ayağıma? Üzümə bax da! Əgər tənqid etmək istəyirsinizsə, tələbələrim ifa zamanı səhv edəndə edin. Yaxşı şeyləri paylaşmırlar, pis bir şey olan kimi dərhal yayımlayırlar. Görüm bu pislik sizi hara aparacaq... Bundan sonra heç nə kefimi poza bilməz. Biz sözümüzü geyimimizlə yox, sənətimizlə və səsimizlə deyirik" , - deyə Zabit Nəbizadə vurğuladı.
"Cebheinfo.az"