Vəzifədən getdiyi gün bəlli oldu: Xalq onu sevməyib

Vəzifədən getdiyi gün bəlli oldu: Xalq onu sevməyib

Almaniyada insanların təxminən üçdə ikisi kansler Olaf Şoltsun fəaliyyətindən narazıdır. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Bild" "INSA" sosioloji institutu tərəfindən keçirilən sorğunun nəticələrinə görə məlumat verir.

Sorğunun nəticələrinə görə, respondentlərin 67 faizi Şoltsun kansler kimi işindən narazı qaldıqlarını bildirib. 

Cəmi 26 faiz onun fəaliyyətini müsbət qiymətləndirib, 7 faiz isə cavab verməkdə çətinlik çəkib.

Ümumilikdə isə Sosial Demokrat Partiyası (SDP), “Yaşıllar” və "Azad Demokrat" Partiyasının birgə koalisiya hakimiyyətindən vətəndaşların 72 faizi narazı qalıb. 

Hökumətin fəaliyyətinə müsbət yanaşanlar isə cəmi 20 faiz təşkil edir. Daha 8 faiz isə konkret mövqe bildirməyib.

Sorğuda ümumilikdə 1001 nəfər iştirak edib.

Xatırladaq ki, bazar ertəsi axşam Almaniya Müdafiə Nazirliyində Olaf Şoltsun kansler postu ilə rəsmi şəkildə vidalaşma mərasimi keçiriləcək. 

Ertəsi gün, yəni isə Bundestaqda yeni kanslerin – Xristian Demokratların lideri Fridrix Mertsin seçilməsi gözlənilir. Elə həmin gün yeni nazirlər kabineti and içərək vəzifəsinin icrasına başlayacaq. 

Səbinə Uğur 
"Cebheinfo.az