Tbilisidə üçtərəfli görüş başladı - YENİLƏNİB

Tbilisidə Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin müavinlərinin üçtərəfli görüşü başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.
Danışıqlarda Ermənistan tərəfini xarici işlər nazirinin müavini Vahan Kostanyan, Gürcüstan tərəfini xarici işlər nazirinin müavini Laşa Darsaliya, Azərbaycan tərəfini isə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov təmsil edir.
Görüş regional əməkdaşlığın perspektivlərinə həsr olunub.
***
Aprelin 17-də Tbilisidə Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin müavinləri arasında görüş keçiriləcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, danışıqlar zamanı tərəflər regional əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.
Xəzər
"Cebheinfo.az"