Aqşin Yeniseydən tənqidlərə sərt reaksiya

Aqşin Yeniseydən tənqidlərə sərt reaksiya

İctimai TV-də yayımlanan “Gündəlik” serialında yazıçı, şair, publisist Aqşin Yeniseyin səhnəsi sosial şəbəkələrdə gənc yazıçılar arasında müzakirələrə səbəb olub.

Belə ki, gənc yazarlar Aqşin Yeniseyin serialda çəkildiyi səhnəni təndiq hədəfinə çevirib və Aqşin Yeniseyi pafoslu, qeyri-səmimi, süni adlandırıblar.

Qeyd edək ki, sözügedən səhnədə şair öz şeirini səsləndirib, bununla yanaşı tarixlə, ədəbiyyatla bağlı kiçik dialoqlara yer verilib.

Məsələ ilə bağlı yazıçı, şair, publisist Aqşin Yenisey "Cebhe.info"-ya açıqlamasında bildirib ki, serialın yaradıcı heyəti onun dostlarıdır:

"Bir dəqiqəlik qısa epizodda görünməyimi istədilər. Mövzu təhsil olduğu üçün tərəddüdsüz razılaşdım. Kino ulduzu olmaqla bağlı iddiam yoxdur. Gənclərə isə özlərinə faydalı olacaq işlərlə məşğul olmağı tövsiyə edirəm, məsələn, dil öyrənsinlər. Sosial şəbəkələrdə tüfeyli həyat sürməyin axırı yoxdur".

Ləman İsmayıl
"Cebhe.info"