Putinin yeni avtomobilini nümayiş etdirdi - VİDEO

Putinin yeni avtomobilini nümayiş etdirdi - VİDEO

“Rossiya 1” telekanalının müxbiri Pavel Zarubin “Moskva. Kreml. Putin” proqramının efirində ilk dəfə Rusiya Prezidenti Vladimir Putinin yenilənmiş “Arus Senat” avtomobilini nümayiş etdirib.

O, müvafiq videonu teleqram kanalında yayımlayıb.

Jurnalist qeyd edib ki, dövlət başçısı mayın 7-də Kremldə keçiriləcək andiçmə mərasiminə bu avtomobillə gələcək.

İlk baxışdan yeni avtomobil 2018-ci ildə prezidentin inauqurasiyasında iştirak etmiş avtomobildən çox da fərqlənmir. Bununla belə, avtomobilin ön hissəsi, eləcə də qanadları dəyişdirilib.

Avtomobilin yaradıcıları Zarubinə bildiriblər ki, avtomobil sələfi ilə müqayisədə daha müasirdir.

"Cebhe.info"