KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib

KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib

Rusiyadan iki yük təyyarəsi Nigerə hərbi texnika çatdırıb.

Bu barədə “Tele Sahel” telekanalı iddia edib.

Bildirilib ki, “bir aydan az müddətdə Rusiya Niameyə hərbi texnika və bir neçə təlimatçı daşımaq üçün üç yük reysi göndərib”.

Telekanal qeyd edib ki, uçuşda həmçinin Niger sakinləri üçün humanitar yardım çatdırılıb.

Daha əvvəl Pentaqon rəhbəri Lloyd Ostin qeyd edib ki, ABŞ Nigerdəki Amerika bazası ilə bağlı vəziyyəti izləyir və rusiyalı mütəxəssislərin bu Afrika ölkəsində ABŞ hərbi texnikasına çıxış əldə edib-etmədiyini müşahidə edir.

"Cebhe.info"