Ağstafada qəza olub

Ağstafada qəza olub

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Qəzada "Niva" ilə "Mercedes"markalı minik maşınları toqquşub.

Qəza zamanı 3 nəfər - 1977-ci il təvəllüdlü Zahid Hüseynov, 1965-ci il təvəllüdlü Fazil Əliyev və 2003-cü il təvəllüdlü Hidayət Cəfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"