Azərbaycanda ən bahalı analizlər: Qiyməti bir neçə min olan da var

Azərbaycanda ən bahalı analizlər: Qiyməti bir neçə min olan da var

Yaz aylarında burun qaşınması, asqırma, gözlərdə sulanma, qaşınma kimi allergik xəstəliklər çoxalır.

Bu səbəbdən həmin şəxslər öncədən allergik müayinələr verməli olur. Bu müayinəni verməyə isə hər kəsin gücü çatmır. Çünki allergik xəstəliklərin müayinəsi 100 - 200 manat arası dəyişir. Təbii ki, bu da hər kəsin cibinə uyğun deyil. 

Maraqlıdır, ümumiyyətlə hansı tibbi müayinələr bahadır? 

"Cebhe.info" xəbər verir ki, ölkəmizdə ən bahalı analiz DNT-dir. Bu analizi vermək istəyənlər təxminən 3000-4000 manat ödəməli olur. 

Daha sonra sümük xəstəlikləri bu siyahıda ikinci yeri tutur. Sümük xəstəlikləri ilə bağlı analiz vermək üçün 2000-2500 manatadək xərc çəkməlisiniz. 

Bahalı olan digər analiz genetik xəstəliklərin müəyyənləşdirilməsi üçün aparılan analizdir. Bu analizə görə şəxslər 1300-3000 manat ödəyir. Sinir-əzəlı sistemi xəstəlikləri ilə bağlı analizlər də olduqca yüksək qiymətədir. Bu analizləri vermək üçün 2200 manata qədər xərciniz çıxmalıdır. D vitamini çatışmazlı ilə bağlı verilən analiz qiymətləri də baha sayılır. Bu analizlərin qiyməti 40- 60 manat arası dəyişir. 

İnsulinəbənzər boy hormonu analizi isə 150-250 manat civarında dəyişir. Hepatit xəstələri üçün analiz 60 manatdan 250 manata qədər ola bilir. 

Naibə 
"Cebhe.info"