Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB

Özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, cari tədris ilinin sonuna qədər liseydə tədris prosesi davam etdiriləcək.

“Valideynlərin müraciəti olduğu halda liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi (https://sy.edu.az/login) təmin edilə bilər.

Əlavə sualı olan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etməklə dövlət ümumi təhsil müəssisələri (https://bakimektebleri.edu.az/) haqqında məlumat ala bilərlər.

Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər”, - məlumatda qeyd olunub.

***

14:31

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.

Bu barədə valideynlərə məktub göndərilib.

Məktəb Administrasiyasından APA-ya faktı təsdiq ediblər. Bildirilib ki, liseyin fəaliyyətini dayandırmasının səbəbi kommersiya problemləridir.

"Cebhe.info"