Paşinyan anons etdi: "Erməni ordusu sərhədin bu hissəsindən çıxacaq"

Paşinyan anons etdi: "Erməni ordusu sərhədin bu hissəsindən çıxacaq"

"Demarkasiya olunmuş ərazilərə gəlincə, Ermənistan Müdafiə Nazirliyi bu ərazilərdə sərhədləri qorumayacaq".

"Cebhe.info" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 1-də İctimai Televiziyaya müsahibəsində deyib.

“Sərhədin bu hissəsində Müdafiə Nazirliyinin mövqeləri olmayacaq. Ola bilsin ki, biz öz suveren ərazimizi tərk edək, çünki bu ərazidə (Tavuşda - red.) Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları xidmət edəcək”, -deyə o qeyd edib.

Paşinyan əlavə edib ki, yerdəki koordinatları təyin edən GPS cihazından istifadə etməklə ölçmələr aparılarkən həmişə kənarlaşmalar olur.

Xəzər

"Cebhe.info"