“Cebhe.info” yazdı: Problem həll edildi - VİDEO

“Cebhe.info” yazdı: Problem həll edildi - VİDEO

Xəbər veridiyimiz kimi, bir müddət əvvəl Xırdalan şəhərinin əsas yollarından biri olan Həsən Əliyev kücəsində yolu yenidən su basmışdı.

Bildirək ki, bu barədə dəfələrlə yazılsa da, aidiyyəti qurumlara müraciət olunsa da, məsələ öz müsbət həllini tapmırdı.

Qeyd edək ki, sözügedən küçə Ceyranbatan Su Anbarına yaxın olduğundan, sakinlər gölməçə sularının içməli şirin suya qarışacağı ehtimalını iddia edirlər.

Məsələ ilə bağlı Dövlət Su Ehtiyyatları Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirib ki, Xırdalan şəhəri Həsən Əliyev küçəsındən keçən su xəttində qəza olmuşdur:

“Qəza nəticəsində yola su axmışdır. Axan suyun qarşısını almaq üçün, dərhal əraziyə qəza xidməti cəlb edilib. Artıq problem aradan qaldırılıb”.

Həsən Məmmədov
“Cebheinfo.az”