İşdən çıxarılan 743 müəllimin diplom aldığı təhsil müəssisələri- ADLAR

İşdən çıxarılan 743 müəllimin diplom aldığı təhsil müəssisələri- ADLAR

Ötən ildən başlayaraq ölkədə sertifikasiya prosesinə başlanılıb.

Mərhələləli şəkildə həyata keçirilən bu imtahanlarda ilk olaraq ibtidai sinif müəllimləri, daha sonra isə Azərbaycan dili və ədəbiyyat müəllimləri bu prosesə cəlb olunub.

Birinci cəhddə ölkə üzrə ibtidai sinif müəllimlərindən 21 180 nəfər test mərhələsində uğur qazanıb. Bu ümumi sayın 70%-ni təşkil edir. Azərbaycan dili və ədəbiyyat müəllimlərindən isə 7 594 nəfər test mərhələsini uğurla başa vurub. Bu isə ümumi sayın 92%-ni əhatə edin. Keçirilən təkrar sertifikasiya imtahanından 4 region üzrə 1 334 nəfər test mərhələsindən uğur qazanıb.

Bu ümumi rəqəmin 65%-i deməkdir. Qalan 9 region üzrə 6513 nəfər ibtidai sinif müəlliminin, ölkə üzrə 674 Azərbaycan dili və ədəbiyyat müəlliminin isə təkrar imtahanda iştirakı gözlənilir. 2026-cı ilə qədər 135 min təhsilverən sertifikatlaşdırmaya cəlb olunacaq. Qeyd edək ki, ötən il sertifikasiya imtahanında keçid balını toplaya bilməyən müəllimlər avqustun 29-da yenidən imtahan verib.

Təkrar sertifikatlaşdırma imtahanından 743 müəllim keçə bilməyib. Ötən il imtahandan keçə bilməyənlərin 137-si isə imtahanda iştirak etməyib. Beləliklə, imtahandan keçə bilməyən həmin müəllimlərin fəaliyyətinə xitam verilir. Fəaliyyətinə xitam verilən həmin müəllimlərin hansı ali və orta ixtisas təhsili müəssisələrinin məzunları olduğu maraq doğrurur.

Bununla bağlı Elm və Təhsil Nairliyi Cebhe.info-nun sorğusunu cavablandırıb. Burada fəaliyyyətinə xitam veriləm müəllimlərin məzun olduğu əsas təhsil müəssisələrinin adları yer alıb:

• Ağcabədi Pedaqoji Texnikumu

• Gəncə Humanitar Kolleci

• Astara Pedaqoji Texnikumu

• Gəncə Məişət Xidməti Kolleci

• Lənkəran Dövlət Humanitar Kolleci

• Lənkəran Məktəbəqədər Pedaqoji Texnikumu

• Şamaxı Mədəni Maarif Texnikumu.

Nigar Abdullayeva
Cebhe.info