İstehsal müəssisələrinin yaradılmasına maraq niyə azdır?

"İstehsal sahələrinə marağın artması üçün ilk növbədə uzunmüddətli və aşağıfaizli kreditlərə çıxış imkanları olmalıdır".
Bunu "Cebhe.info"-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
O, istehsal sahələrinə marağın az olması məsələsinə toxunub və bildirib ki, bu sahənin irəliləyişi üçün yatırımların qorunması ilə bağlı işlər görülməlidir:
"İstehsal sahəsi elə bir sahədir ki, bu sahədə bir müddət qazanc olmur. Yəni müəssisəsin tikilməsi, onun rentabeli çıxması üçün bir neçə il lazım olur. Bu zaman investorlar uzunmüddətli və aşağıfaizli kreditlərə ehtiyac duyurlar.
Bu olmadıqda isə, onlar işlərini görə bilmirlər. Bu məsələ istiqamətində işlər görülə bilər, eyni zamanda ciddi vergi güzəştlərinin də olması istehsal sahələrinə marağın artmasına səbəb olar".
Ləman İsmayıl
"Cebhe.info"