Azərbaycanda 43 mindən çox insanı heyvan dişləyib

Azərbaycanda 43 mindən çox insanı heyvan dişləyib

Ötən il ümumilikdə 43 968 nəfər ölkə vətəndaşı heyvan dişləməsinə məruz qalıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, onlardan 24 220 məlum, 19 748 naməlum heyvan tərəfindən qeydə alınan dişləmə hadisələridir.

2023-cü ildə Bakı şəhəri üzrə qeydə alınan dişləmə hadisələrinin sayı isə 10 430 olub.

"Cebhe.info"