Bu ölkə diplomatları deportasiya edəcək

Bu ölkə diplomatları deportasiya edəcək

Kolumbiya Argentina Prezidenti Xavyer Mileinin Prezident Qustavo Petronun “qatil terrorçu” olduğunu deməsindən sonra ölkədəki bütün argentinalı diplomatların deportasiya ediləcəyini açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, Kolumbiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Mileinin Prezident Petro haqqında "qəbuledilməz" ifadələr işlətdiyi və bütün Argentinalı diplomatların deportasiya ediləcəyi açıqlanıb.

Prezident Petronun Kolumbiya xalqının “azad iradəsi” nəticəsində demokratik şəkildə seçildiyini xatırladan bəyanatda “Argentina Prezidentinin açıqlamaları təkcə millətimizin etibarına xələl gətirmədi, həm də demokratik yolla seçilmiş Prezident Petronun da şərəfinə xələl gətirdi",- deyə bildirib.

Xatırladaq ki, Milei "CNN"-ə verdiyi müsahibədə Petro haqqında "Qatil terrorçu olan birindən çox şey gözləmək olmaz" demişdi.

Yerli mətbuatın məlumatına görə, Kolumbiya Xarici İşlər Nazirliyinin deportasiya qərarını diplomatik kanallarla Argentina səfirliyinə çatdıracaq.

Nigar Hacılı 
"Cebhe.info"