Kral III Çarlz gələn həftə vəzifələrinə davam edəcək

Kral III Çarlz gələn həftə vəzifələrinə davam edəcək

Böyük Britaniya Kralı III Çarlz xərçəng xəstəliyi diaqnozundan sonra bir müddət müalicə aldıqdan və sağaldıqdan sonra qısa müddətdə ictimaiyyət qarşısına çıxacaq və vəzifələrini icra edəcək.

Bu barədə Bukinqem Sarayı məlumat yayıb.

Bildirilib ki, Kral və Kraliça gələn çərşənbə axşamı Xərçəng Müalicəsi Mərkəzinə birgə səfər edəcəklər və burada tibb mütəxəssisləri və xəstələrlə görüşəcəklər.

"Bu səfər Əlahəzrətin qarşıdakı həftələrdə həyata keçirəcəyi bir sıra görüşlərində ilk olacaq.

Qeyd olunub ki, Kral və Kraliça Hökumətinin xahişi ilə iyun ayında Yaponiyanın İmperatorunu qəbul edəcək.

"Cebhe.info"