Qəzza ilə bağlı Misir-İsrail görüşündə irəliləyiş əldə olunub

Qəzza ilə bağlı Misir-İsrail görüşündə irəliləyiş əldə olunub

Misir və İsrail arasında Qəzza zolağında vəziyyətin nizamlanması üzrə danışıqlarda mühüm irəliləyiş əldə olunub.

Bu barədə “Əl-Qahirə əl-İhbariyyə” telekanalı məlumat yayıb.

Yüksək vəzifəli misirli məmurun sözlərinə görə, Qəzza zolağında atəşkəsin əldə olunması məsələsində Misir və İsrail nümayəndə heyətləri arasında problemin həllinə yanaşmalarda nəzərəçarpacaq irəliləyiş əldə olunub.

Bir müddət əvvəl telekanal bir qrup misirli təhlükəsizlik ekspertinin və Fələstin problemi üzrə mütəxəssisin Qəzza zolağında atəşkəsin geniş çərçivəsini müzakirə etmək üçün Təl Əvivə gəldiklərini məlumat vermişdi.

"Cebhe.info"