Fələstinə dəstək nümayişləri davam edir

Fələstinə dəstək nümayişləri davam edir

İtaliyada tələbələr Fələstinə dəstək və həmrəylik məqsədilə Boloniya Universitetinin rektorluq binası qarşısında çadırlar qurublar.

"Cebhe.info" xəbər verir ki, İsrailin Qəzzada dinc əhaliyə hücumlarına qarşı xüsusilə ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrinin kampuslarında tələbələrin çadırlar quraraq təşkil etdiyi etirazlara İtalyan tələbələr də qatılıb.

İtaliya mətbuatında yer alan xəbərə görə, Boloniya Universitetində təhsil alan bir qrup tələbə dünən rektorluq binası qarşısındakı Skaravilli meydanında 20-yə yaxın çadır qurub.

Tələbələr çadırlarına Fələstin bayraqları və pankartlar asaraq, İtaliyanın digər universitetlərini də onlara dəstək verməyə çağırıblar.

Nigar Hacılı 
"Cebhe.info"