İranda prezident olmaq istəyənlərin uzun siyahısı: Aralarında qadın da var

İranda prezident olmaq istəyənlərin uzun siyahısı: Aralarında qadın da var

İranın xəbər agentlikləri və informasiya portalları iyunun 28-də keçiriləcək prezident seçkilərində mümkün iştirakçıların uzun siyahılarını tərtib etməyə başlayıblar.

“Cebhe.info” xəbər verir ki, ilkin proqnozlar ölkədə mövcud olan bütün siyasi tendensiyaları nəzərə alır və müxtəlif qrupların liderlərinin seçkilərdə iştirak ehtimalı yüksəkdir.

“Shafaqna” xəbər agentliyinin siyahısına aşağıdakı siyasi xadimlər daxildir:

• Əsxaq Cahangiri, İranın Birinci vitse-prezidenti;

• Məhəmməd Rza Arif, Siyasi Məqsəd Şurasının üzvü;

• Məhəmməd Cavad Zərif, keçmiş xarici işlər naziri;

• Məsud Pezeşkian, parlament üzvü;

• Abdulnasir Hümməti, Mərkəzi Bankın rəhbəri;

• Məhəmməd Bağlr Noubəxt, Bərabərlik və İnkişaf Partiyasının baş katibi;

• Möhsün Mehr-Əlizadə, Beynəlxalq Ənənəvi Güləş Federasiyasının rəhbəri;

• Əli Laricani, parlamentin keçmiş rəhbəri;

• Məhəmməd Moxber, prezident səlahiyyətlərini icra edən;

• Məhəmməd Bağır Qalibaf, parlamentin hazırkı rəhbəri;

• Mahmud Əhmədinejad, keçmiş prezident;

• Səid Cəlili, İranın Ali Rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi;

• Qulam-Əli Həddad Adil, Ali Rəhbərin müşaviri;

• Əlirza Zəkani, İran paytaxtı Tehranın meri.

“Etemad Online” qəzeti daha çox ekstravaqant adların yer aldığı siyahı dərc edib:

• Xanım Şahindoxt Molaverdi, İranın qadın və ailə məsələləri üzrə keçmiş vitse-prezidenti;

• Əli Tayebnia, keçmiş iqtisadiyyat naziri;

• Mustafa Kavakebian, Demokratlar Partiyasının Baş Katibi;

• Əli Şamxani,Ali Rəhbərin siyasi məsələlər üzrə müşaviri;

• Qulamhüseyn Möhsini-Ejei, məhkəmə sisteminin rəhbəri.

85 yaşlı Ali Rəhbər Əli Xamneyinin oğlu Müctəba siyahıların heç birində yer almır. Bundan əvvəl “Politico” və “The Guardian” onu prezidentliyə mümkün namizəd adlandırıb.

Mayın 19-da göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin olduğu helikopter qəzaya uğrayıb.

Xəzər
“Cebhe.info”