MİT rəhbərinin İranda kritik PKK müzakirəsi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Tehrana səfər edib. Orada İranın kəşfiyyat naziri İsmayıl Xətib və Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Əkbər Əhmədianla görüşüb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Anadolu” yazır.
Türkiyə mediasının təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, danışıqlar zamanı tərəflər terror təşkilatları, o cümlədən Kürdüstan Fəhlə Partiyası (PKK) və İŞİD ilə mübarizəni müzakirə ediblər.
Həmsöhbətlər, həmçinin ümumi təhdidlər, Suriyadakı vəziyyət, Qəzzada atəşkəs və Fələstin məsələsi ilə bağlı son hadisələri müzakirə ediblər.
Xəzər
“Cebheinfo.az”